SON DƏQİQƏ

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Tarix:19-09-2019, 15:51

Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib", nazirlikdən bildirilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN