SON DƏQİQƏ

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Bu həkimlər cərimələnəcək (VİDEO)

Tarix:3-05-2018, 23:17

''Azərbaycanda qanunsuz dərman dövriyyəsi ilə məşğul olan şəxslərlə əlbir olub, pasiyentlərə bu dərmanları tövsiyyə edən həkimlər istintaq məsuliyyətinə cəlb edilməsə belə, Səhiyyə Nazirliyi tərəfindən intizam məsuliyyətinə cəlb ediləcək''.
 
Bu açıqlamanı Səhiyyə Nazirliyinin hüquq və daxili siyasət sektorunun müdiri verib. Nazirlik rəsmisi qida əlavələrinin reseptlərdə yazılmaması və dərman firmaları ilə əməkdaşlıqla bağlı həkimlərə xəbərdarlıq edib.
 
"Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndirilən şəxslərlə əlbir olub pasiyentlərə keyfiyyətsiz dərmanları tövsiyyə edən 100-ə yaxın həkim cəzalandırılacaq. Onlar işlərini itirə də bilərlər". Bunu Səhiyyə Nazirliyinin hüquq və daxili siyasət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi sözügedən məsələ ilə bağlı istintaqın yekunlaşmasını gözləyir.
 
Elxan Əzizov reseptlərin yazılması və bioloji əlavələrdən istifadəylə bağlı da həkimlərə xəbərdarlıqda edib. O, dərman firmaları ilə əməkdaşlıq edən və reseptə qida əlavəsi yazan həkimlərin cəzalandırılacağını bildirib.
 
Qeyd edək ki, bir neçə gün öncə prokurorluq əməkdaşları tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub və onların 100-dən çox həkimlə əməkdaşlıq etdiyi açıqlanıb. /xezerxeber/
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN