SON DƏQİQƏ

Bakı və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb

Tarix:16-04-2018, 12:22

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi - Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır.

APA-nın xəbərinə görə, bunu Mərkəzin rəhbəri Elmira Qədimova deyib.

2017-ci ildə 53 hemofiliyalı xəstənin ilkin qeydiyyata götürüldüyünü bildirən E. Qədimovanın sözlərinə görə, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir.

Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".

Mərkəzin rəhbəri qeyd edib ki, bu gün 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN