SON DƏQİQƏ

Azərbaycan səhiyyəsinə itki üz verib

Tarix:13-02-2018, 16:56

Fevralın 13-də tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Sabir Mirzəyev 53 yaşında dünyasını dəyişib.

Sonxeberler.info-nun məlumatına görə, Sabir Mirzəyevin vəfat etməsinə qəfil ürək çatışmamazlığı səbəb olub. Səhər saatlarında ürəyində kəskin ağrılar yaranıb, təcilli tibbi yardım çağırılsa da onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.

Sabir Mirzəyev 1 saylı Şəhər Klinik Xəstəxanasında travmatoloq-cərrah, eyni zamanda Azərbaycan Tibb Universitetində dossent olaraq işləyirdi. Azərbaycanda tanınmış və təcrübəli travmatoloq-cərrahlardan biri idi.

Dünyanın çoxlu sayda ölkələrində elmi konfranslarda və qurultaylarda iştirak edib. Onun ölümü işlədiyi kollektivlərlə yanaşı, Azərbaycan səhiyyəsinə itki sayılır. Allah rəhmət eləsin.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN