SON DƏQİQƏ

Gəncədə pulsuz cərrahiyyə əməliyyatları keçiriləcək

Tarix:6-02-2018, 08:30

Milli Onkologiya Mərkəzinin cərrah-onkoloqu, tibb elmləri doktoru, professor Əziz Əliyev tərəfindən Gəncədə şəhər və ətraf rayonlardan olan onkoloji xəstələr üçün pulsuz cərrahiyyə əməliyyatları keçiriləcək.

 

Bu barədə Milli Onkologiya Mərkəzinin baş həkimi, professor Azad Kərimov məlumat verib.

 

Son illərdə Gəncə şəhərində istifadəyə verilən Mərkəzi Klinik Xəstəxana, Diaqnostika Mərkəzi və Beynəlxalq Xəstəxananın bütün bölgəyə ən müasir səviyyədə tibbi xidmətlər göstərdiyini deyən Azad Kərimov qeyd edib ki, həmin müalicə mərkəzlərində müasir tibbi avadanlıqların və savadlı həkim kadrların olması müxtəlif cərrahiyyə əməliyyatlarını keçirməyə imkan verir.

 

“Aprel ayında Milli Onkologiya Mərkəzi tərəfindən Gəncəbasar bölgəsində çalışan həkimlər üçün bir günlük elmi-praktik konfrans keçiriləcək. Konfransdan sonra Gəncəbasar bölgəsinin sakinləri üçün pulsuz tibbi müayinə təşkil ediləcək. Həkimlərin rəyinə əsasən zəruri ehtiyacı olan onkoloji xəstələrin Gəncə şəhərində cərrahiyyə əməliyyatı həyata keçiriləcək”, – deyə Azad Kərimov bildirib./Azərtac

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN