SON DƏQİQƏ

Gündüz yuxusu təhlükəli xəstəliyin nişanəsidir

Tarix:30-01-2018, 15:31

Gündüz vaxtı yuxulu olan insanlar Alzqeymer xəstəliyinə daha meyilli olurlar. Sonxeberler.info-nun MedPage Today-ə istinadla məlumatına görə, Vaşinqton Universitetinin  tibbi işçiləri bu qənaətə gəliblər.

 

Araşdırmada orta hesabla 66 yaşlarında olan 189 nəfər iştirak edib. Alimlər  fitnes trekerlərin yardımı ilə iki həftə ərzində onların  bioloji fəallığını izləyiblər. Bundan əlavə, beta-amilodların (Alzqeymer xəstəliyini yaradan peptidlər) müəyyənləşdirmək üçün  maqnit rezonans tomoqrafiyanın  köməyi ilə  baş beyinin  şəkilləri çəkilib.

 

Alimlər müəyyən ediblər ki, beynin işini pozan amiloid lövhəli insanlar gecə pis yatır və gündüz yuxulu olurlar.

 

Bundan əvvəl amerikalı yuxu mütəxəssisi Mettyu Uolker  gündüz yatmağın insan orqanizminə mənfi təsiri  barədə danışmışdı. O, təsdiqləyib ki, gündüz yuxusu beyinə də, orqanizmə də faydalıdır. Ancaq, bununla belə, «çubuğun iki tərəfi» ola bilər: insanlar gündüz «yuxunu toplayır», bu da gecə yuxusunun pozulmasına gətirir.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN