Cənubi Kaliforniya Universitetinin həkimləri müəyyən ediblər ki, piylənmə infeksion xəstəliyin əlamətlərini özündə daşıyır. Belə ki, artıq çəkisi olan insanla çox ünsiyyətdə olan şəxsin böyük ehtimalla özünün də çəkisi artacaq. Sonxeberler.info-nun məlumatına görə, məqalə JAMA Pediatrics jurnalında dərc olunub.
Statistik analiz üçün mütəxəssislər qidalanmanın və ətraf mühitin yeniyetmənin səhhətinə təsirinə həsr olunan M-TEENS layihəsi çərçivəsində əldə etdikləri məlumatları istifadə ediblər.
Araşdırmaçılar ABŞ hərbi bazasında xidmət edən validyenləri (1300 nəfər) ilə birlikdə yaşayan 1111 uşağın səhhətinə sosial ətrafın təsirini öyrəniblər.
Məlum olub ki, uşaqlarda piylənmənin səviyyəsi məntəqədən məntəqəyə dəişib. Belə ki Kolorado ştatının El Paso şəhərində artıq çəkili yeniyetmə 21, Luiziana ştatının Vernone şəhərində isə 38 faizdir. Ümumilikdə çəkinin kütlə indeksinin göstəriciləri uşaqların ¼-nin, böyüklərin isə ¾-nün piylənməyə uyğun gəlib.
Yaş, gəlir və hətta hərbi ada baxmayaraq müəyyən olunub ki, böyüklər hərbi qulluqçular arasında daha çox piylənmənin qeydə alınqdığı bazada işləyirdilərsə, əksər ailə üzvlərinin də artıq çəkisi var.
Ehtimal olunan izahlardan biri budur ki, bazanın yaxınlığında çoxlu restoran, fast fud msüəssisələri yerləşir. Lakin alimlər əmindirlər ki, əsas faktor insanlar arasında zərərli vərdişlərin yayılmasına təsir göstərən qarşılıqlı münasibətlərdir.
Sonxeberler.info