SON DƏQİQƏ

Zamiq Ağayev: Şəhidlik zirvəsi hər insana qismət olmur…

Tarix:26-11-2020, 17:14

Ölkənin vətənpərvər övladlarından biridə Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi Polis Kapitanı Zamiq Hökümulla oğlu Ağayevdir.
Zamiq Ağayev işğal olunmuş torpaqlarımızın azad edilməsi sevincini bizimlə bölüşdü.

Redaksiyamızın adından Kürdəmir Rayon Polis Şövbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Polis Kapitanı Zamiq Hökmulla oğlu Ağayevə Kəlbəcər rayonununda azad edilməsi münasibəti ilə göz aydınlığı verən Əli Rza Muxtar, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Zamiq müəllimi təbrik etdi.
Kürdəmir Rayon Polis Şövbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Polis Kapitanı Zamiq Ağayev, rəşadətli ordumuzla fəxr etdiyini bildirdi.
- Mən Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarını, Daxili İşlər Naziri Vilayət Eyvazovu və bütün xalqımızı işğal altında olan torpaqlarımızın azad edilməsi münasibəti ilə təbrik edirəm. Mən həmişə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev cənablarının, işğal altında olan torpaqlarımızı azad edəcəyinə əmin olmuşam. Bizim işid əsgərlərimizin şücayəti, şəhidlərimizin qəhrəmanlığı və Ali Baş Komandanımızın siyasi iradəsi nəticəsində, xalqımızın mətanəti qarşısında erməni işğalçıları diz çökmək məcburiyyətində qaldılar.
Mən bu böyük qələbə münasibəti ilə bir daha bütün xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycan böyük vətən müharibəsində qalib olduğu kimi, bütün sahələrdə inkişafımızın qələbəsinidə qeyd edəcəyimizə əminəm.

Bizdə Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi Polis Kapitanı Zamiq Hökümulla oğlu Ağayevə çətin - şərəfli işində uğurlar arzu edirik.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN