SON DƏQİQƏ

İşdə bunları etsəz... problem yaşamayacaqsız

Tarix:31-01-2018, 08:52

İsveç alimləri sübut etmişlər ki, rəhbərlik və yaxud digər əməkdaşlar tərəfindən ədalətsiz davranışla üzləşən insanlar öz qəzəbini boğduqda belə insanlarda ürək tutmaları riski 2 dəfə artır.

 

Şərqi İngiltərə Universitetinin tədqiqatçıları isə belə nəticəyə gəlmişlər ki, işdə hiddəti büruzə verməklə əməkdaşlar stressin öhdəsindən daha yaxşı gəlirlər. İşdə yaranan mübahisələr isə komanda ruhunu möhkəmlədir.

 

İş yoldaşlarınızdan kimsə sizə əyləncəli video göndərdikdə onu vicdan əzabı ilə deyil, rahatlıqla izləyin. Bir çox araşdırmalar sübut edir ki, gün ərzində əyləncəli videolar izləmək əhvalınızı qaldırır və özünüzü yaxşı hiss etməyinizə səbəb olur. Bu növdə olan videoçarxları daha sakit, əmin və böyük məhsuldarlıqla izləyə bilərsiniz.

 

Əgər hazırda işlədiyiniz layihə ilə bağlı yeni ideyalarınız və yaxud xəbərləriniz varsa, bununla bağlı paylaşımlar edin. Bu, sizin xeyrinizə olacaq. Bununla bu layihədən yayınmanız bir az çətin olacaq. Çünki artıq bir çox dostlarınız da bu layihədən xəbərdar olacaq və daim sizdən yenilik gözləyəcək.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN