Pensilvaniya ştatında bir maral xalça satan bir mağazaya hücum edib.
Lenta.ru saytının xəbərinə görə, bu hücum nəticəsində heç kim zərər görməsə də, hadisənin səbəbləri diqqət çəkir. Belə ki, öncə maralı şossedə qaçan yerdə görüblər. Daha sonra o, piyadalar üçün keçiddə peyda olub. Ardınca isə mağazaya daxil olub. Vitrinləri sındıran, əşyaların yerə səpələnməsinə səbəb olan maral son nəticədə buynuzlarını da itirib. Hadisə yerinə polis gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları marala çıxışı tapmağa kömək ediblər. Mağaza işçiləri hesab edir ki, maralın məhz xalça dükanını seçməsinin isə səbəbi var. Çünki vitrində daha çox təbiət mənzərəli tablolar, xalçalar asılıb və maral onu görüb təbiətə özənib.
Əslində bu, Amerikada maralların şəhərə enməsi ilə bağlı ilk hadisə deyil. Belə ki, daha öncə Amerikada bir maral motel otağına girərək, orada yatmış ər-arvadı oyandırmağa nail olmuşdu.
Sonxeberler.info