SON DƏQİQƏ

Dünyanın yeni Eynşteyni bəlli oldu

Tarix:29-08-2017, 21:37

23 yaşlı Sabina adlı qızı Harvard Universiteti ən yaxşı fizik elan etdi

Harvard Universiteti 23 yaşlı Sabina Qonzales Pasterskini fizikadakı uğurlarına görə “yeni Albert Eynşteyn” olaraq gördüyünü açıqlayıb.

Yaşıdlarından fərqli olduğunu deyən Pasterski heç sevgilisi olmadığını, siqaret və spirtli içkidən istifadə etmədiyini, sosial mediaya girmədiyini deyib.

Sonxeberler.info “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində dünyaya gələn Pasterski 14 yaşında öz təyyarəsini hazırlayıb və tək motorlu təyyarəni Miçiqan gölü üzərində uçurmuşdu. Pasterski “Öz təyyarəsini uçuran ən gənc insan” adlı işinin 2 illik hazırlıq mərhələsini Youtube’da paylaşıb.

Pasterski vaxtını yer kürəsi, cazibə qanunu və sonuncunun zamanla kosmosa necə təsir göstərdiyini araşdıraraq keçirir. Gənc fizikin hazırda Harvarddakı işlərinə hər hansı müdaxilə edilmir və o, “tam akademik azadlıq” altında doktorluq işini müdafiə edir.

 

Sonxeberler.info

Mətin

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN