Kanadanın Ontario bölgəsinin sakini lotereyada 31.3 milyon kanada dolları (təxminən 25 milyon ABŞ dolları) qazanıb. Bu barədə Toronto Sun xəbər verib. Kanadalının xoşbəxt nömrəsi 10, 17, 25, 27, 29, 34 və 38 olub. Bonus nömrəsi isə 48 olub. Kanadadakı lotereya qaydalarına görə, uduşun əldə edilməsi üçün təşkilatçılara bileti təqdim etmək lazımdır.
İyul ayında isə məlum oldu ki, Kvebekdən olan təqaüdçü 9 il ərzində ikinci dəfə lotereyada 1 milyon dollar udub. 69 yaşlı Jül Paran onlayn kazinoda cek-pot udub. 1.2 milyon dollar məbləğində uduş əldə etdiyi oyunda iştirak etmək üçün o, biletə cəmi 3 ABŞ dolları ödəyib. Kazino bu cür oyunlarda udma şansını 32 milyonda bir olaraq qiymətləndirib. Paran eyni zamanda 2008-ci ildə də milyon dollar qazanıb.
Sonxeberler.info