SON DƏQİQƏ

Çoban tapmaq üçün 10 min dollar azlıq etdi

Tarix:10-10-2017, 09:20

Türkiyənin Diyarbakır şəhərindəki Bismil bölgəsində illik 10 min dollar məvacib, yemək, yaşayış yeri və ayaqqabı ehtiyaclarının ödənməsi qarşılığında çoban olmaq istəyən yoxdur. Heyvan sahibləri ilə çobanlar arasında fikir ayrılığına səbəb sonuncuların ildə 15 min dollar məvacib tələb etməsidir.

 

Çobanlarla anlaşa bilməyən kəndlilər isə məcburən heyvanlarını axırda saxlayır ki, bu da saman və yem xərclərini nəzərə alanda onlara baha başa gəlir. Bu səbəbdən də çıxış yolu kimi kəndlilər heyvandarlıqdan əl çəkməyə qərar veriblər. Bu krizə isə bir ay əvvəl iş müddəti bitən bir çobanın başqa bir şəhərə köçməsi səbəb olub. İldə 10 min dollar məvacib təklif edilən çoban 600 qoyuna baxmalıdır. Amma çoban namizədləri kəndlilərin çarəsiz qaldığını görüb, qiyməti qaldırmaqda israrlıdır. Kəndlilər isə hesab edir ki, əgər kənd çobanları razı olmasa, başqa kəndlərdən deyilən məbləğə çoban tapacaqlar. Ən pis halda isə heyvanlarını satacaqlar: “Bütün çıxış yollarından istifadə edəcəyik. Amma çobana daha yüksək məvacib verməyəcəyik”.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN