SON DƏQİQƏ

Bakıda kişi və qadını avtomobil vurub

Tarix:26-12-2017, 09:12

Gecə saatlarında Bakının Nərimanov və Binəqədi rayonları ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Report” xəbər verir ki, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Əliyev Kənan Əbdüləli oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb. Digər hadisə isə Binəqədi rayonunun Xocasən qəsəbəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Novruzova Firuzə Şahhüseyn qızı yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN