Polis rəisinin müavinini şantaj etməkdə ittiham edilən qadına hökm oxunub.
Sonxeberler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Dövlət ittihamçısı Vəfa Dadaşovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən V.Dadaşova 5 il müddətinə azadlıqdan məhrum edilib. V.Dadaşova ibtidai sinifə qədər uşaqların hazırlığı ilə məşğul olub.
Zərərçəkmişlər iddia edirlər ki, V.Dadaşova istintaq müddətində onları şantaj edib, barəsində internetdə məlumatlar yerləşdirib. V.Dadaşova hazırlıq iclasında həbs edilmişdi. Onun barəsində həbs-qətimkan tədbiri seçilmiş və məhkəmə zalında həbs edilmişdi.
Qeyd edək ki, zərərçəkmiş şəxslərdən Pərviz İsmayılov İsmayıllı rayon Polis şöbəsinin rəis müavinidir. Digər zərərçəkmiş isə həkimdir.
E.Muxtarov
Sonxeberler.info