SON DƏQİQƏ

20 il azadlıqdan məhrum edilən Taleh Bağırova yeni cinayət işi açılıb

Tarix:25-12-2017, 17:58

Qobustan həbsxanasında cəza çəkən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun haqqında yeni cinayət işi başlanıb.

Sonxeberler.info xəbər verir ki, T.Bağırova Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması ) maddəsi ilə ittiham verilib.

Məlumata görə, Taleh Bağırovun üzərindən kəsici-deşici əşya tapılıb.

Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN