"Atabank"ın filial müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qasımov İlham Mail oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İlham Qadımov "Atabank"ın filial müdiri vəzifəsində çalışıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 308-ci maddəsi ilə ittiham edilir.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Qeyd edək ki, İlham Qasımovun sonuncu iş yeri "Kapital bank" olub.