SON DƏQİQƏ

Tovuzda 17 yaşlı oğlan tanışına çoxsaylı bıçaq zərbəsi vurub

Tarix:20-11-2017, 15:25

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov mübahisə zəminində həmyerlisi, 1995-ci il təvəllüdlü Hüseyn Kəmaləddin oğlu Quliyevə çoxsaylı bıçaq zərbəsi vuraraq ona ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN