SON DƏQİQƏ

Hadisə yerindən qaçan sürücü saxlanıldı

Tarix:10-11-2017, 13:26

Noyabrın 8-də saat 4.00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən sərxoş vəziyyətdə olan Şamaxı rayon sakini Sovqat Məmmədovun kəllə-beyin xəsarəti və ayağı sınmış vəziyyətdə xəstəxanaya gətirilməsi barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən SonXəbərlər-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti aldığı məlum olub.

DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş tədbirlərlə hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Eldar Eldarov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN