Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqdirləndirilərək həbs edilən qadının məhkəməsi keçirilib.
SonXəbərlərxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhləməsində külli miqdarda narkotik satışında ittiham edilən 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının cinayər işi üzrə məhkəmə iclası baş tutub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub
Prosedə dövlət ittihamçısı çıxış edib.
Məlum olub ki, Malcina Banayeva istintaqa məlum olmayan Ataş adlı şəxslə əlbir olaraq külli miqdarda marixuana satışı ilə məşğul olublar.
Onlar narkotik vasitəni Zığ qəsəbəsində qırmızı rəngli dəmir konteynerdə saxlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələr qeyd edilən yerdən götürülüb.
Dövlət ittihamçısı çıxışında M.Babayevanın narkotik vasitə istifadəçisi olduğunu və onun məcburi müalicəyə göndərilməsini istəyib. Prokuror bildirib ki, təqdirləndirilən şəxs ostintaq zamanı da əməlini səmimi şəkildə etiraf edib. Dövlət ittihamçısı M.Banayevanın məhkəmədə əməlini inkar etməsini özünü müdafiə kimi qiymətləndirib.
Pokuror M.Babayevanın cinayət əməlinin məhkəmə istintaqı dövründə sübuta yetirildiyini deyib və onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Qeyd edək ki, bu ilin may ayında polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib.
Axtarış zamanı 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb. Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.