SON DƏQİQƏ

Zaqatalada 4 otaqlı ev, Tərtərdə minik avtomobili yanıb

Tarix:3-11-2017, 15:00

Zaqatala və Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

 

 

 

SonXəbərlər-in  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Bazar kəndində ümumi sahəsi 158 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 158 m2 sahədə, mətbəx və hamam otağı 11 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Tərtər rayonu, Qaradağlı kəndində “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN