SON DƏQİQƏ

Beynəlxalq Bank sabiq deputat Dünyamin Xəlilovdan pulunu tələb edir

Tarix:31-10-2017, 11:52

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən Dünyamin Xəlilov apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxslərdən R.Əsgərov və S.Seyfullayevin vəkilləri müvəkkillərinin cinayət işində olan dəlillərə münasibət bildiriblər. Vəkillərin dediyinə görə, hüquqlarını müdafiə etdikləri şəxslərin cinayət işi sübuta yetirilməyib. Vəkillər müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Təqsirləndirilən F.Əmiraslanovun vəkili Həbib Həbibbəyli də iclasda çıxış edib. O, apellyasiya şikayətini müdafiə etdiyini deyib və müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Daha sonra təqsirləndirilənlərdən M.Zeynalov və R.Əliyevin vəkilləri də çıxış edib və hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmədə Beynəlxalq Bankın nümayəndəsi də çıxəş edib. O, münlki iddianın tam şəkildə təmin edilməsini və dəymiş zərərin ödənilməsini istəyib.

Qeyd edək ki, Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1-ci (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2-ci (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4-cü, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və onun işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar”nı və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN