SON DƏQİQƏ

Rusiyada quldurluq törədən şəxs Azərbaycana gətirildi və...

Tarix:31-10-2017, 16:51

Rusiyada cinayət törətdi, Azərbaycanda azadlığa çıxmaq istəsə də həbsdə qaldı.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada quldurluq etdiyi üçün məhkum edilən 1990-cı il təvəllüdlü Xəyyam Hüseynovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılması barədə Penitensiar Xidmətin təqdimatına baxılıb.

Musavat.com xəbər verir ki, iş hakim Əfqan Hacıyevin icraatında olib.Prosesdə məlum olub ki, X.Hüseynov Rusiyada quldurluq etdiyi üçün həbs edilib və 2012-ci ilin iyun ayında 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim bildirib ki, X.Hüseynovun ittiham olunduğu maddələr üzrə Azərbaycan qanunverciliyinə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq; Qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq; silah istifadə edilməklə törədildikdə) maddələri ilə tənzimlənir. Bu maddələrlə ona ən aşağı həddə 8 il azadlıqdan məhrumetmə cəzası verilməlidir.

Məhkəmə Rusiya məhkəməsinin 6 il cəza təyin etdiyini nəzərə alaraq, hökmü mübahisələndirməyib.

X.Hüseynov isə məhkəmədə bildirib ki, vətənində azadlığa buraxılacağını düşündüyü üçün Azərbaycana qayıdaraq cəzasının tənzimlənməsini istəyib.

Məhkəmə yekun qərarı elan edib. X.Hüseynovun cəzası 6 il olaraq saxlanılıb. Onun cəzası 2018-ci ilin iyun ayında başa çatacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN