SON DƏQİQƏ

Sahibkarın qətlinə görə tutulan dəstə üzvləri hakim qarşısına çıxarılıb

Tarix:30-10-2017, 15:46

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri hakim qarşısına çıxarılıb.

Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.

SonXəbərlər xəbər verir ki, adı çəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dəstə üzvlərinin müxtəlif dövrlərdə törətdikləri quldurluq, oğurluq və digər cinayətləri də üzə çıxıb.
Onlara Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.

Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.

Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib.

Ərzaq mallarının topdan satışla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirdiyi məlum olub.

İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib.

Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.

O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN