SON DƏQİQƏ

Suraxanı rayonunda ev yanıb

Tarix:6-10-2017, 11:42

Bakıda mənzildə yanğın olub.

 

SonXəbərlər-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin hamam otağının, mətbəxinin lambirindən ibarət tavanı 7 m2 sahədə, və 1 otağın yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Yüksək temperaturdan mənzilin 3 ədəd plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN