SON DƏQİQƏ

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Tarix:27-09-2017, 10:50

Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report"un məlumatına görə, 57 yaşlı Aslanov Abbasqulu Yusif oğlu Ramana qəsəbində yüksək sürətli magistral yolu keçmək istəyərkən onu sürücüsü hələlik naməlum olan minik avtomobili vurub. Qəzanı törədən sürücü piyadanın xəsarət aldığını görərək hadisə yerini tərk edib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Zərərçəkmişin sözlərinə görə, o, qəza baş verəndən sonra sürücüdən xəstəxanaya çatdırılmasını istəsə də, kişi ona məhəl qoymayıb.

 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tutularaq istintaqa təhvil verilməsi istiqamətində axtarış aparır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN