SON DƏQİQƏ

Yataqxanada sakinləri yanğından xilas edən polis zəhərlənib

Tarix:22-09-2017, 13:28

Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər.

Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır, hazırda müalicəsi davam etdirilir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN