Bakı şəhərində evə basqın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyərək pul və qızıl əşyalar verməsini tələb ediblər. Lakin səs-küy yarandığından onlar istədiklərinə nail ola bilməyib və hadisə yerini tərk ediblər.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.