SON DƏQİQƏ

Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Tarix:17-08-2017, 11:44

Lənkəranda 48 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun dağətəyi kəndi Siyobilidə baş verib. Belə ki, Siyobili sakini Haşımov Nurxan Məmməd oğlu kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb. Hadisə yerinə çağırılan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilkin müdaxilədən sonra yaralını Lənkəran Rayon Mərkəzi

 

Xəstəxanasına aparıb. Yol polisi əməkdaşları hadisə yerində olub. Hazırda sürücünün tapılması ilə bağlı araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN