Mübahisə etdiyi şəxsi bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zallnda həbs edilib.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əliyev Nicat Məharət oğlunun cinayət işi üztə məhkəmə prosesi başa çatıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən N.Əliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
N.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir.
Məlumata görə, N.Əliyev mübahisə etdiyi tanışını bıçaqlamaqda təqsirləndirilir.