SON DƏQİQƏ

Gəncə sakinini avtomobil vurub

Tarix:11-08-2017, 11:51

Gəncə-Samux yolunda piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. Hələ ki, markası məlum olmayan avtomobil şəhərdə məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün 1947-ci il təvəllüdlü Hüseynov Bəhmən Rəhim oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN