SON DƏQİQƏ

Cahangir Hacıyevin məhkəmə savaşı davam edir

Tarix:24-07-2017, 14:05

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birlikdə həbs edilənlər apellyasiya şikayətindən kassasiya şikayəti veriblər.

Sonxeberler.info xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib. Prosesin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, sabiq bankir və onunla birlikdə mühakimə olunanların apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdi.

Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. 2016-cı il oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyevlə birlikdə həbs edilənlər Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov 10 il 11 ay, bankın Mərkəz filialının sabiq direktoru Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin keçmiş direktoru İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.

M.Quliyev

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN