SON DƏQİQƏ

Mingəçevirdə iki maşının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb

Tarix:22-06-2017, 11:11

Axşam saatlarında Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, qəza şəhərin Samux küçəsində "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb. Hadisə zamanı "VAZ-2104"ün sürücüsü, 1969-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynal Alaş oğlu Allahverdiyev, "VAZ-2107"in Yevlax rayonunun Havarlı kəndindən olan sərnişinləri - 1998-ci il təvəllüdlü Dilbazi Muxtar oğlu Heydərov, 1999-cu il təvəllüdlü Yasin Göyüş oğlu Çuqayev və 1997-ci il təvəllüdlü Müslüm Taleh oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi

Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti sabitdir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN