Bakı-Qazax magistral yolunda piyadanı avtomobil vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1989-cu il təvəllüdlü Rüstəmova Gülər Mahmud qızını vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.