Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Adıgözəlov Dövran Xocəsən qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində fasad təmiri zamanı yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
D.Adıgözəlovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.