Qeyd edək ki, TƏBİB suğorta işinə baxan bir qrup maliyə işçiləridir ki, bu şəxslərin səhiyyə haqqında heç bir anlayışı yoxdur. TƏBİB - in yaranmasının başlıca səbəbi, sosializimdən kapitalizmə keçən ölkədə pulsuz səhiyənin aradan qaldırılmasıdır. Azərbaycanda isə bu reallıq bir başqa şəkildə həyata keçir. Məsələn: Heç bir şəxs onun suğortasında nə qədər vəsait olduğu haqqında heç bir informassiyası olmadığı kimi, hələ suğorta ilə müalicə aldığı zaman müalicə və ya əməliyyatına nə qədər vəsaət xərcləndiyi haqqında heç bir məlumat verilmir. Suğortadan nə qədər pul çıxdıqlarından bixəbər olan xəstədən hələ əvvəlcədən də əməliyyat xərci kimidə, nağd pul alınır.
Gündəmə düşən Saatlı Rayon Mərkəzi Xəstəxananın direktoru Pərviz Məmmədov səhiyyədən heç bir anlayışı olmayan, loru dillə desək Saatlı Rayon Mərkəzi Xəstəxanada TƏBİB - in buğalteriyasına nəzarət edən səlahiyyətli rəhbərdir.
Saatlı Rayon Mərkəzi Xəstəxananın direktoru Pərviz Məmmədov, Saatlı Rayon Mərkəzi Xəstəxanasını və Saatlı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsini qohumbazlığın, rüşvətxorluğun, özbaşınalığın baş alıb getdiyi şəxsi biznes obyektinə çeviriib.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin 65 - yaşlı müdiri Adil Mürsəlovun qardaşı, ultrasəs müayinəsi (USM) həkimi və Saatlı rayon Tibb Kollecinin direktoru, Kamal Mürsəlov 70 - yaşı olsa da, gəlirli vəzifələrini əldən vermək fikri yoxdur. Mürsəlov Kamalın qızı, Mürsəlova Aysel Kamal qızı, atası və əmisi ilə birgə Poliklinikada laborant işləyir. Laboratoriya şöbəsinin müdiri Elşən İbrahimov Aysel Kamal qızı ilə çox ehtiyatlı davranır, və bütün qüsurlarına göz yumur.
Ginekologiya şöbəsində tövsiyə oldu - olmadı, pasientin istəyi və verdiyi pul qarşılığında abortlar edilir. Doğum evində əməliyyata məruz qalan hətta başsız qadınlar belə tələb olunan pulu vermədiklərinə görə müxtəlif şəkildə təhdid olunub, gözümçıxdıya salınır.
Əlbəttə, bütün bu qanunsuzluqlara rəvac verən şəxs Saatlı Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Pərvin Məmmədovdur.
Saatlı rayon sakini Surxay Cahangirov sentyabr ayında bir saytda dərc edilib sonradan çıxarılan video - müraciətində bildirir ki, Pərvin Məmmədov vəzifəyə gələndən özünə beş nəfər müavin götürüb ki, onların da çoxu orta ixtisas təhsilli diş texnikləridir.
(Video müraciət bir fakt kimi rüdaksiyamızın arxıvındə bir fakt kimi saxlanılsada, çəkilişin bizə aid olmadığı üçün etik normalara riarət edərək adı çəkilər videonu dərc etmədik. Lakin ehtiyac olduğu halda məhkəməyə təqdim etməyə hazırıq.)
“Keçmiş polis işçilərini mühafizə xidmətinə işə götürüb, 30 - dək işçi Pərvin Məmmədovu qoruyur. Cərrahiyyə şöbəsinə üfunətdən girməli deyil. Həmin şöbəni 54 - ildən artıqdı xəstəxanada işləyən Əhədağa Soltanov, Məmmədtağı Qarayev idarə eləyir. Həkimləri normal işləməyə imkan vermirlər. 30 - il stajı olan tibb bacıları, 50 - 60 yaşlı sanitarkalar xəstələrə qan uddurmağa məcbur edilirlər. Mətbəxə cəmi 2 - nəfər lazım olduğu halda, 10 - nəfərə yaxın insana əmək haqqı yazılır. Guya 30 - a yaxın adamın işlədiyi çamaşırxanada matraslar it iyi verir. Palatalara üfunətdən girmək mümkün deyil. Əhədağa Soltanovun gözləri pis görür, avtomobil idarə edir. 2021 -ci ildə maşınla Mollaəzizli kənd sakinini, 2022 - ci ildə Molday kənd sakinini öldürsədə, qanlarını bağlayıb. Qardaşı Həbibağa vaxtilə AMİP fəalı olub, indi YAP- ın bayrağından möhkəm yapışıblar.”
Saatlı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsini belə rüşvətxorluğun, özbaşınalığın, qohumbazlığın baş alıb getməsi ilə bağlı tənqidi məqalə paylaşılmışdı. Saatlı rayon Mərkəzi Xəstəxanasında baş verən iddiaları yerində araşdırması üçün regional müxbirimizə həvalə olundu. Əməkdaşımız Cabir Məmmədovun apardığı araşdırma zamanı video - müraciət fakt kimi, öz əsasını tapmaqsından savayı, Cabir Məmmədovun şəxsən üzləşdiyi faktlarıda diqqətinizə çatdırırıq.
Saatlı Rayon Mərkəzi Xəstəxasına yolun düşsə, özünnən karşok apar.
Çünki rayon xəstəxanasının ayaq yolu kilidnən bağlayıllar. VI - günü bir həkim tapa bilmərsən ki, üzünə baxıb salavat çəkəsən. İstər Baş həkimin, istər də Direktorun qəbuluna düşmək qətiyən mümkün deyil. Çünki qapının ağzında ən azı,10 - nəfər can güdənləri var. Saatlı rayon Mərkəzi Xəstəxasında öz başnalıq baş alıb gedir.
Məsələn Xəstəxananın nervipatolok həkimi, kefi istədə işə gəlir, kefi istədə gedir..
Təcili yardımda işləyən həkim xəstə yanına hazırlıqsız gəlir. Şəkər ölcən aparatı kimi, elementar həkimə aid heç bir vəsaitləri yoxdur. Həkimdən soruşanda isə deyir ki, bizə heç bir vəsait vermir. Nə varsa özümüzdən maaşın pulu ilə almışıq. Cantalarında təziq ölçən aparat və, o aparatın üstündə verilən Fonendoskop, qızdırmanı salan smesdən başqa haç bir şey yoxdur. Saatlı Rayon Xəstəxanada hər gün həkimlərin səhlənkarığı ucbatından, xəstələr Əzrayıl Əleysəlamla əlbə yaxaya çıxıb, ölüm qalım savaşına çıxır. Xəstə deyir, sən Allah məni apar, Əzrail deyir hələ vaxdı çatmatıb. Xəstələr hər an dünyasını dəyişmək təhlükəsi ilə üz - üzə qalıb.
Görəsən TƏBİB bu öz başnalığa son qoyacağ? Onuda sizə yazıb bildirim ki, Saatlı Rayon Xəstəxanasının həkimləri, bir dənə onu bilirlər ki, əlli manata gələn xəstələri Bakıya göndəriş verib yola salsınlar. Nəyisə necəsə yoxlamaq heç ağıllarınada gəlmir. Hec bir hazırlığı olmadan, heç bir avadanlığı, həkimə lazım olan vəsaəti, dava dərmanı olmayan həkim nəyi, necə yoxlasın?
Həkimlərin dediyinə görə, reçepti və ya Bakıya göndəriş kağızını belə sayına görə pulla alırlar. Hələ peçatla təstiq etmək üçün növbəsinə düşmək mümkün olmayan, Baş həkimin və ya Direktorun qəbulunda növbədə durmağı demirəm...
Hamıya məlumdur ki, Azərbaycanda dövlət müəssisələrində II - Qarabağ müharibəsinin Qaziləri və şəhid ailələrinin müraciəti əsasında, boş olan vakansiyalar üzrə birinci işlə təmin olunması ilə bağlı rəsmi dövlət səviyyəli qərar verilib.
Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov bu rəsmi qərarı belə icra etmir. Belə ki, xüsusi bölgə müxbirimiz Cabir Məmmədov araşdırma zamanı, Saatlı rayon sakini, II - ci Qarabağ müharibəsi iştirakçısı Şahverdiyev Niyaz Ayaz oğlu, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovun min bir əziyyətlə qəbuluna düşüb, Saatlı Rayon Mərkəzi Xəstəxanasında sadə bir işlə təmin edilməsi ilə bağlı dəfələrlə müraciətinə heç bir əhəmiyyət verilmədən, bu müraciətdən qısa müddət sonra, bağban, qarolçu vəzifəsi ilə bir neçə nəfər təmin edildiyini də müşayət edib. Cabir Məmmədov bu tipli faktla ona şikayətlənən, saysız şəhid ailəsinin və Qarabağ qazisinin şikayətləri ilə qarşılaşdığını xüsusi şəkildə qeyd edib.Araşdırmamız davam edir...
Qarşı tərəfində mövqeyini də dərc etməyə hazırıq...