Hamıya məlum olduğu kimi , Sədərək və Binə Ticarət mərkəzinə himayadarlıq edən Əli Həsənov və Ramiz Mehdiyev tutduqları vəzifədən azad edilib. Ramiz Mehdiyevin kürəkəni Millət Vəkili İlham Əliyev pandemiya dövründə toy məclisi qurduğu üçün Millət Vəkili üçün çox ağır şəkildə cəzalandırıldı. Belə ki, qandalla məhkəməyə gətirilən Millət Vəkili 15 - gün azadlıqdan məhrum edilməsi, Külli miqdarda cərimə edilməsi və Milli Məclisdə tənqid edilərək töhmət verilərək cəzalandırılması faktı, ölkə başçısının qəzəbinə tuş gəlməsinin əlaməti idi.
Lakin Sədərək və Binə Ticarət Mərkəzi bu hadisələrdən dərs çıxartmadan, karantın dövründə açıq aşkar fəaliyyətinə davam etməsi, ölkə qanunlarına məhəl qoymaması bu obyektə sahib olan şəxsin nə etdiyindən anlayışı belə olmamasını göstərir.
Binə və sədərək ticarət mərkəzinə gündəlik minlərlə avtomobil daxil olur. Ticarət Mərkəzinə girişin və çıxışın 50 qəpik olduğunu nəzərə alsaq, Gündəlik ticarət mərkəzinə giriş və çıxışdan ən azı 50 min manat pul əldə edilir. Ticarət Mərkəzinə girib çıxanda 50 qəpik alan mühafizə xidməti vətəndaşlara heç bir çek təqdim etmir. Bu da gündəlik 50 min manatın vergisindən yayındıqlarını göstərir.
Beynəlxalq Səhiyyə Təşkilatının Karona virus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncam İmzalayıb.
Sərəncam əsasinda Nazirlər Kabinetinin yanında Operativ Qərərgah yaranıb. Qərərgaahın qərarı ilə karona virusun yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejimi yaradılıb. Sərtləşdirilmiş karantin dövrində Azərbaycanın digər şəhərlərində olduğu kimi, Bakı şəhərində də Əhali SMS – icazə ilə evdən çıxırdı. Dükanlar yalnız onlayn sifarişlə yerinə çatdırma prinsipi ilə işləməyə icazə verilirdi. Yeməkxanalar fəaliyyəti qadağan olundu. Digər dükanlar ictimai açıq alış verişə bu gündə icazə verilmir.
Karantinin ilk dəfə elan olunduğu vaxtdan bu günə kimi Binə və Sədərək ticarət mərkəzində mövcüd olan kafelər və dükanlar bir gün olsun belə fəaliyyətini dayandırmayıb. Bu gün kafelər açılmasına icazə verilsədə Binə və Sədərək ticarət mərkəzində dükanların onlayın işləməsi bildirilsədə, Binə və Sədərək ticarət mərkəzinə giriş və çıxış problemsiz olduğu kimi dükanların fəaliyyətidə davam edir.
Görəsən Binə və Sədərək ticarət mərkəzinin qanunsuz fəaliyyətinə niyə göz yumurlar?
Görəsən bizim gördüyümüz premitiv vergidən yayınma halını Vergilər Nazirliyi niyə göz yumur?
Görəsən Sədərək Və binə Ticarət mərkəzinin rəhbəri, Millət Vəkili İlham Əliyevin karantin dövründə karantin qayda və qanunlarını pozduğu üçün cəzalandırılmasından bir nəticə çıxara bilmədi?
Binə və Sədərək ticarət mərkəzinə rəhbərlik edən şəxslər niyə Azərbaycan Prezidentinin sərəncamına və göstərişinə, Nazirlər Kabinetinin yanında yaranan Operativ Qərərgahin qərarlarına və Azərbaycan qanunlarına, niyə saymazyana şəkildə, əhəmiyyət vermədən, əməl etmir?
Bəlkədə Binə və Sədərək ticarət mərkəzi bizim xəbərimiz olmadan öz suverenliyini və ya müxtariyat elan edib?
Bu suallarımızın cavabını almaq məqsədi ilə Binə və Sədərək ticarət mərkəzinin rəhbərliyinə və aidiyyatı orqanlara müraciət edəcəyik.
Araşdırmamız davam edir.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.