SON DƏQİQƏ

Bakıda evdən 2000 manatlıq oğurluq edən şəxs saxlanılıb

Tarix:22-01-2020, 14:20

Bakıda ötən il evdən 2000 manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN