SON DƏQİQƏ

Lerik sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Tarix:6-01-2020, 22:06

Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN