SON DƏQİQƏ

Binəqədidə həmyaşıdını öldürən gəncin məhkəməsi başlayır

Tarix:27-12-2019, 20:37

Bakıda qətl hadisəsi törətməkdə təqdirləndirilən 25 yaşlı Cavid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Əli Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Binəqədi rayonu Xırdalan şossesində yerləşən fərdi evdə baş verib.

1994-cü il təvəllüdlü Həmidli Cavid Yusif oğlu sözügedən ünvanda yerləşən evin həyətindəki digər mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Allahverdiyev Şəhriyar Vahid oğlunu döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.

C.Həmidliyə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham evrilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN