SON DƏQİQƏ

Bakıda evlərindən pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb

Tarix:2-05-2018, 12:34

Bakıda evlərindən 12 000 manat pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN