SON DƏQİQƏ

Nisyə götürdüyü siqaretə görə adam bıçaqlayan gəncə hökm oxundu

Tarix:3-05-2018, 15:25

900 manata görə tanışını bıçaqlayan gəncə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Mirəli Əhmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən 17 yaşlı Mirəli Əhmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il paytaxt Bakıda baş verib. Mirəli Əhmədov mübahisə zəminində tanışı Şahmar Nəsirovu bıçaqlayıb.

Mübahisəyə səbəb borc məsələsi olub. Belə ki, Mirəli ilə Şahmar bir müddət Bakıda birlikdə kirayədə yaşayıblar.

Mirəli həmin evin yaxınlığında olan mağazadan nisyə kontur, siqaret, spirtli içki və digər ərzaq məhsulları alıb. Mağaza sahibi Şahmara görə Mirəliyə 900 manata qədər nisyə verib. Amma Mirəli həmin pulu ödəməyib.

Şahmar Nəsirov Mirəliyə zamin durduğu üçün həmin pulu mağazaya ödəyib. Sonra pulunu Mirəli Əhmədovdan tələb edib.

Bu zaman tərəflər bir-birinin ünvanına nalayiq ifadələr işlədib. Mirəli Şahmar Nəsirova 2 bıçaq zərbəsi endirib.

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq olub.

Qeyd edək ki, M.Əhmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN