SON DƏQİQƏ

Dələduzluq edən xanım və şərikinə hökm oxunub

Tarix:4-05-2018, 13:55

Bakıda vətəndaşlara torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxslərə cəza kəsilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Xatirə Hüseynova və Azər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Xatirə Hüseynovaya 3 il, Azər Ağayevə isə 2 il 6 ay müddətinə həbs cəzası verilib. Ev dustaqlığında olan Azər Ağayev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər özlərinə məxsus olmayan torpaq sahələrini vətəndaşlara satmaq adı ilə onlara qarşı dələduzluq ediblər. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ümümi ziyan 22 min manatdır.

Qeyd edək ki, hər iki şəxs uzun müddət istintaqdan gizləniblər, onların barəsində axtarış elan edilib. Saxlanıldıqdan sonra Azər Ağayev ev dustaqlığına buraxılıb. Təqsirləndirilən şəxslər zərərçəkmişlərə xeyli miqdarda zərər vurmaqda ittiham edilirlər.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN