Yeni ildə bomba partladılacağını deyən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il günü paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən 25 yaşlı Elmar Qasımovun məhkəməsi başlayıb.
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə məlum olub ki, təqsirləndirilən şəxsin qanuni varisi onun anası Alimə Qasımova tanınıb. Təqdirləndirilən şəxsin psixoloji problemlərinin olduğu bildirilir. Məhkəmənin qərarı ilə E.Qasımov müalicə almaq üçün psixatriya xəstəxanasına köçürülüb.
Məlumata görə, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
Sonxeberler.info