SON DƏQİQƏ

İran vətəndaşına 10 il 6 ay müddətinə həbs cəza istənildi, o isə son söz deməkdən imtina etdi

Tarix:27-03-2018, 12:32

Azərbaycana psixotrop maddə gətirməkdə ittiham edilən İran vətəndaşı hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror G.Albarinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə Albariyə son söz verib. Amma o, son sözdən imtina edib.

İttihama görə, Gonbari Albari İrandan Azərbaycana psixotrop maddə gətirib. O, həm psixotrop maddənin satışında, həm də istifadəsində ittiham edilir.

G.Albari ittihama münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib. O, söyləyib ki, psixotrop maddənin istifadəçisi olub, amma satış məqsədi ilə əldə etməyib.

G.Albari söyləyib ki, üzərindən aşkar edilən maddə İranda apteklərdə açıq şəkildə satışdadır və dərman kimi istifadə edilir. O, söyləyib ki, həmin dərmanın Azərbaycanda psixotrop maddələr siyahısında olduğunu bilməyib.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN