Bakıda lombarddan oğurluqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham edilən Gəray İsmayılov cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Zərərçəkmiş Fərqanə Mehdiyeva məhkəmədən xahiş edib ki, ona dəymiş zərərin ödənilməsi təmin edilsin.
Hökmdə göstərilib ki, Gəray İsmayılov cinayəti törədəndən sonra pxisi xəstəliyə tutulub. Ona görə də onu məcburi müalicəyə göndərilib. Xəstəliyi sağalana qədər hökmün elan edilməsi təxirə salınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il, noyabrın 9-da Bakı şəhər sakini Fərqanə Mehdiyevaya məxsus lombarddan 24.000 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, həmyerlisi Gəray İsmayılov tutulub.
Bildirək ki, quldurluqda təqdirləndirilən digər şəxslərin məhkəməsi Nəsimi Rayon Məhkəməsində davam edir.
Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Sonxeberler.info