SON DƏQİQƏ

İki nəfərin ölümünə səbəb olan tələbəyə cəza kəsildi

Tarix:16-03-2018, 14:45

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 19 yaşlı Arif Rəhimovun məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmədə hökm oxunub. Hökmə əsasən Arif Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, anket məlumatlarında 1998-ci il təvəllüdlü Arif Rəhimovun subay, orta təhsilli olduğu və heç bir yerdə işləmədiyi qeyd edilir.

Qəza törədən zaman Arif Rəhimov birinci kurs tələbəsi imiş. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alırmış. Hadisə ötən il sentyabrın 7-də saat 16 radələrində Səbail rayonunda baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub.

İdarəetməni itirərək avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Qəza zamanı Füzuli Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı Arif Rəhimov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN