SON DƏQİQƏ

Qəbələdə qoyun oğrusu saxlanılıb

Tarix:16-03-2018, 17:59

Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılıb.

DİN-dən verilən məlumata görə, o, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qəhrəman Əfəndiyev martın 6-na keçən gecə Şəfilli kəndindəki həyətlərin birindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində 4 həyətyanı sahədən 4 baş qoyun oğurlaması da müəyyən edilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN