SON DƏQİQƏ

İranda 3 ekoloji fəal casusluq ittihamı ilə həbs edilib

Tarix:26-02-2018, 14:47

İranda casusluq ittihamı ilə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən 3 nəfər saxlanılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi deyib. O bildirib ki, 3 nəfər ölkənin cənubunda Hormuzqan vilayətində yaxalanıb.

“Bu işlə bağlı bir neçə nəfər ittiham olunur, lakin onların arasında əcnəbi vətəndaş yoxdur. Son günlər Hormozqanda 3 nəfər saxlanılıb. Birləşmiş Ştatlar və İsrailin ölkəyə nüfuz etməyə çalışması ciddi məsələdir”, - deyə sözçü bildirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN