SON DƏQİQƏ

6 bıçaq zərbəsi alan yaralı xəstəxanaya özü gəldi

Tarix:22-02-2018, 10:53

Quba sakini isə ölümdən son anda dönüb. Rayon sakini, 26 yaşlı Rəşad Hacıyev tanışı Orxan Süleymanovla mübahisə edib. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla Süleymanovu öldürmək məqsədilə ona 6 zərbə vurub.

ARB TV xəbər verir ki, Orxan Süleymanov yaralı vəziyyətdə hadisə yerindən qaçaraq özünü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlər zərərçəkəni dərhal əməliyyat edərək həyati təhlükəsini aradan qaldırıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rəşad Hacıyev saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN